Bu biabırçılığa görə üzr istədi
Yeddiqat dünya çempionu, “Ferrari” komandasının sürücüsü Lyuis Hemilton Əbu-Dabi Qran Prisinin seçmə mərhələsində 16-cı yeri tutduqdan sonra komandadan və azarkeşlərdən üzr istəyib.
Aut.az xəbər verir ki, “Sportskeeda” Lyuis Hemiltondan sitat gətirib:
“Düşünmürəm ki, azarkeşlərə və komandaya təəssüfləndiyimi ifadə etmək üçün adekvat sözlər var. Mən 2026-cı il mövsümünü səbirsizliklə gözləyirəm? Hazırda o qədər də irəli baxmıram. Qış fasiləsi üçün hər hansı planım var? Hazırda yox. Mən sadəcə bu anı yaşayıram”.
Xatırladaq ki, dördqat və hazırkı dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen seçmə mərhələdə poul mövqeyini tutub, çempionatın lideri,”Maklaren”dən Lando Norris isə ikinci olub.
Aut.az
