Bundan həzz almalıyıq: Messi tarixi uğur haqda
“İnter Mayami”nin hücumçusu Lionel Messi komandasının MLS Kubokunun finalında “Vankuver” üzərində 3:1 hesablı qələbəsini yüksək qiymətləndirib.
Floridiyalılar tarixlərində ilk dəfə bu titulu əldə ediblər.
Aut.az xəbər verir ki, Messi tarixi uğuru belə şərh edib:
“MLS-də məqsədimizə çatmaq bizim üçün, mayamililər üçün gözəl, emosional bir məqamdır. Bu, tamamilə yeni klubdur. Biz keçən il müntəzəm mövsüm titulunu qazanmışdıq, lakin əsl məqsəd MLS-i qazanmaq və Amerika liqasının zirvəsinə yüksəlmək idi və xoşbəxtlikdən buna nail olduq.
Finalı evdə oynamaqla bəxtimiz gətirdi, bu, insanlar üçün böyük sevincdir, ona görə də bundan həzz almalıyıq”.
Aut.az
