Ronaldo ilə danışıqlar tamamilə dayandırıldı
Daha əvvəl xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı çempionatının 30-cu turunun “Əl-İttihad”a qarşı oyunundan (2:3) sonra “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun davranışı klub rəhbərliyinin xoşuna gəlməyib.
Final fitindən sonra portuqaliyalı aktiv jestlər edib və nəticədən narazılığını bildirib.
Aut.az xəbər verir ki, nüfuzlu “Marca” nəşrinin məlumatına görə, bu vəziyyətdən sonra Ronaldo ilə “Əl-Nəsr” arasında yeni müqavilə ilə bağlı danışıqlar tamamilə dayandırılıb, baxmayaraq ki, futbolçu əvvəllər tərəfdaşlığı daha 2 mövsüm uzatmağa razılaşıb.
Hücumçunun klubla hazırkı əmək müqaviləsi gələn yayda başa çatır. Səudiyyə Ərəbistanı Pro Liqasında 3 tur qalmış “Əl Nəsr” lider “Əl İttihad”dan 11 xal geri qalır.
Aut.az
