Dünya futbolu

Bu klub Neymarın transferini rəsmən açıqladı – Amma…

Braziliya B Seriyasında çıxış edən “Kuritiba”nın rəsmi saytı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun yarımmüdafiəçisi Neymarın transferini açıqlayıb .

Aut.az xəbər verir ki, “Kuritiba”nın saytı 32 yaşlı vingerin transferi ilə bağlı kifayət qədər rəsmi mətnlə xəbər dərc edib. Lakin sonradan klub saytının sındırıldığını bildirib.

Bu mövsüm Neymar klub üçün bütün turnirlərdə iki oyun keçirib. Futbolçunun əmək müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub və daha bir il uzadılması mümkündür. “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Aut.az