Qalmaqal: Jurnalistə görə mətbuat konfransına başlamaqdan imtina etdi
Dördqat Formula 1 çempionu, “Red Bull” pilotu Maks Ferstappen Yaponiya Qran Prisinin media günündə keçirilən mətbuat konfransında “The Guardian” qəzetinin jurnalisti Giles Riçards otaqdan çıxana qədər sualları cavablandırmayıb.
Aut.az xəbər verir ki, “The Race” Ferstappenin sözlərini sitat gətirib: “O, çıxana qədər mən başlamayacam”.
Riçards: Ciddi deyirsən? Keçən ilki suala görə? Getməyimi istəyirsən? Bu, sadəcə sənə Əbu-Dabidə verdiyim sualla bağlıdır? İspaniya haqqında?
Maks: Çıxın.
Riçards: Bu, həqiqətən səni bu qədər narahat etdi?
Maks: Bəli, çıx çölə.
Jurnalist otaqdan çıxıb və tədbir adi qaydada davam edib. Bu davranışa səbəb, Riçardsın ötən il Əbu-Dabi Qran Prisində Ferstappenin Lando Norrisə çempionluğu iki xalla uduzduğu zaman verdiyi sual olub.
Jurnalist Ferstappendən İspaniya Qran Prisində Corc Rassel ilə toqquşması və doqquz xal itirməsinə görə peşman olub-olmadığı haqda soruşmuşdu.
Aut.az
