Formula 1

Azərbaycan Qran-Prisinə buraxılmayan pilota məsləhət verdi: Nə vaxtsa…

Sabiq Formula 1 sürücüsü, 2016-cı il çempionu Niko Rosberq “Haas” pilotu Kevin Maqnussenin qarşıdakı diskvalifikasiyası ilə bağlı danışıb.

Bu yaxınlarda keçirilən İtaliya Qran Prisində Kevin “Alpin” avtomobili ilə toqquşduğu üçün danimarkalıya 10 saniyəlik cəza və iki cərimə xalı verilib. Hazırda Kevinin 12 cərimə xalı var. Qaydalara görə, bu, bir yarışa diskvalifikasiya deməkdir. Buna görə də “Haas” sürücüsü Formula 1-in növbəti mərhələsini, Azərbaycan Qran Prisini buraxacaq. Oliver Bermanın Bakıda Maqnusseni əvəzləyəcəyi gözlənilir.

“Berman Maqnusseni əvəz edə bilərmi? Bəli, əlbəttə ki, bu, əslində məntiqlidir. Mənə elə gəlir ki, Maqnussen nə vaxtsa prosesi bir az asanlaşdırmalı olduğunu başa düşməlidir”, – Rosberqin sözlərini “F1oversteer” sitat gətirib.

Azərbaycan Qran Prisi sentyabrın 13-dən 15-dək baş tutacaq.

Aut.az