Formula 1

Formula 1 2026-cı ilin təqvimini açıqladı: Azərbaycan Qran Prisi bu tarixdə keçiriləcək

Beynəlxalq Avtomobil Federasiyası və Formula 1 təşkilatçıları 2026-cı il mövsümünün 76-cı Formula 1 çempionatının təqvimini dərc ediblər.

Aut.az xəbər verir ki, 2026-cı il çempionatı yenə 24 turdan ibarət olacaq. Onlardan birincisi martın 8-də Avstraliyada keçiriləcək, mövsümə dekabrın 6-da Əbu-Dabi Qran Prisi ilə yekun vurulacaq.

İmola təqvimdən silinib və onun yerini Madriddəki ikinci İspaniya turu tutacaq.

Azərbaycan Qran Prisi sentyabrın 25-27-də keçiriləcək.

Aut.az

Formula 1 2026-cı ilin təqvimini açıqladı: Azərbaycan Qran Prisi bu tarixdə keçiriləcək