Britaniyalılar onu axmaq hesab edirlər: Atası deyir ki…
“Red Bull” komandasının heyətində dördqat Formula 1 çempionu Maks Ferstappenin atası, keçmiş Formula 1 pilotu Yos Ferstappen oğlunun sosial mediada və mediada mənfi imicinə münasibət haqda danışıb.
Aut.az xəbər verir ki, Ferstappen bu barədə “De Telegraaf”a danışıb.
“Düşünürəm ki, bir çox insanlar, xüsusən də britaniyalılar onun haqqında səhv fikirdədirlər. Onlar onun axmaq və ya buna bənzər bir şey olduğunu düşünürlər. Bəlkə də bu, sosial medianın bu günlərdəki gedişatı ilə bağlıdır. Amma mən bunu qətiyyən qəbul etmirəm”, – ata Ferstappen deyib.
2025-ci il mövsümündə 14 turdan sonra dördqat çempion 187 xala malikdir və sürücülər sıralamasında üçüncüdür
Aut.az
