Formula 1

Onana Türkiyədə “Mançester Yunayted”dən daha çox qazanacaq

“Mançester Yunayted”in qapıçısı Andre Onana yaxın zamanda sərfəli icarə şərtləri ilə “Trabzonspor”a qoşulacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat verib.

Belə ki, kamerunlu futbolçu Türkiyədə “Mançester Yunayted”də olduğundan daha çox maaş alacaq. Gözlənilir ki, keçid bu həftə elan olunacaq. Artacaq maaşı “Trabzonspor” ödəyəcək. Bundan əlavə, klub “qırmızı şeytanlar”a futbolçunun icarəsi üçün müəyyən məbləğ ödəyəcək və müqavilədə bonus ödənişləri də nəzərdə tutulub.

Kamerunlu qapıçı 2023-cü ilin yayından bəri “Yunayted”də çıxış edir. İngiltərə klubu onu almaq üçün “İnter”ə 50 milyon avro ödəyib.

Aut.az