Formula 1

Mənim hobbim saunadır: Sinqapur Qran Prisinə belə hazırlaşır

“Red Bull” komandasının sürücüsü Yuki Tsunoda Sinqapur Qran Prisindən gözləntilərindən danışıb.

Aut.az xəbər verir ki, Tsunoda bu barədə “Red Bull”un mətbuat xidmətinə bildirib:

“Mən Sinqapuru sevirəm. Düzünü desəm, orada yarışmaqdan həzz alıram. Bu Qran Priyə hazırlıq həmişə olduğu kimi, çox gərgin keçir. Mənim hobbim saunadır, ona görə də özümü yaxşı hiss edirəm”.

Xatırladaq ki, Sinqapur Qran Prisi oktyabrın 3-dən 5-dək keçiriləcək.

Aut.az