Formula 1-də V8 mühərrikləri: Nə vaxt görəcəyik?
“Mercedes”in baş direktoru Toto Volf Formula 1-də V8 güc bloklarından istifadə perspektivlərindən danışıb.
Aut.az xəbər verir ki, almanın fikrincə, 2031-ci il mövsümünə qədər çempionatda bu mühərrikləri gözləmək lazım deyil.
“Hamımızın ortaq məqsədi var – əyləncəni təmin edəcək və azarkeşləri cəlb edəcək ən yaxşı qaydalar hazırlamaq. Və sonda V8 optimal kompromis oldu: təbii aspirasiyalı, yüksək dövrəli, enerji bərpa sistemi ilə, bu hələ də səmərəlilik üstünlüyünü müəyyən edən amildir. Və bütün bunlar “yaşıl” yanacaqla yaxşı birləşir.
Əksər istehsalçılar dedilər: “Biz iki paralel proqrama pul xərcləmək istəmirik, çünki bu, iki ildən sonra yeni mühərrik icad etmək deməkdir. Buna ehtiyacımız yoxdur”.
İndi sual Məhəmməd bin Sulayem (FIA prezidenti) və Stefano Domenikali (Formula 1 direktoru) ilə dialoqdadır. Onların fikri nədir? Bundan sonra bütün istehsalçıları toplamaq və soruşmaq lazımdır: “Nə edəcəyik?”
Amma ümumi maraqlar var. Çox konstruktiv dialoqlar gedir. Çox balanslı və rasionaldır”, – deyə “Autosport” Volfdan sitat gətirib.
Xatırladaq ki, sentyabrın əvvəlində Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2029-2030-cu illərdə Formula 1-ə V8 mühərriklərinin tətbiqi planlarından imtina etmişdi.
Aut.az
