Konfrans Liqası

UEFA AFFA rəsmisini azərbaycanlı futbolçunun komandasının oyununa göndərdi

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Aut.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) matçında UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionda baş tutacaq. Albaniya təmsilçisində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir.