“Üsyançı” cəzalandırıldı
“Nyukasl” hücumçusu Aleksander İsakı cəzalandırıb.
Aut.az xəbər verir ki, klub mümkün “Liverpul” transferi fonunda onu yoxlama oyunlarından kənarlaşdırılıb. Bu barədə “Talksport” məlumat yayıb.
Bildirilir ki, daha öncə isveçli futbolçu komandanın məşqlərini boykot edərək fərdi qaydada çalışıb. Daha sonra o, düşərgəyə qayıtsa da, “sağsağanlar” İsakın “Espanyol” və “Atletiko” ilə yoldaşlıq görüşlərində iştirakına imkan verməyib.
Bununla belə, isveçli forvardın bu yay komandadan ayrılması ehtimalı azdır. Çünki “Nyukasl”ın əsas hədəfi olan Benyamin Şeşko komandaya qoşulmaqdan imtina edib və klub forvardsız qala biləcəyi üçün onun yerinə oyunçu tapmaqda çətinlik çəkir.
İsakın mümkün gedişi fonunda “Nyukasl” hələ də Ollie Uotkins və Nikolas Ceksona maraq göstərir. Hər iki hücumçu isveçlinin əvəzedicisi ola bilər.
Qeyd edək ki, Aleksander İsak 2022-ci ilin yayında “Real Sosyedad”dan 70 milyon avroya “Nyukasl”a keçib. O, ötən mövsüm 42 oyuna 27 qol və 6 assistlə yadda qalıb. Hazırda 25 yaşlı futbolçunun transfer dəyəri 120 milyon avro civarındadır.
Aut.az
