Bu ölkə də Formula 1-i qəbul edir: 1,2 milyardlıq layihə
Tailand Nazirlər Kabineti Formula 1 Qran Prisinin 2028-ci ildə Banqkokda keçirilməsi ilə bağlı təklifi təsdiqləyib.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Hökumət sözçüsü Jirayu Honqsub mətbuat konfransında bildirib ki, ilkin təklif 2028-2032-ci illər arasında beş mərhələdən ibarət olacaq.
“Yaxın iki-üç il ərzində Tailandda dünya səviyyəli yarış olacaq ki, bu, heç vaxt ağlımıza gəlməzdi”, – Honqsub deyib.
Turizm naziri Soravonq Thienhonq əlavə edib ki, təklif təxminən 1,23 milyard dollar dəyərindədir.
Təklif olunan marşrut şəhər mərkəzinin şimalında yerləşən “Krung Thep Aphiwat” Mərkəzi Stansiyası ilə “Chatuchak” Parkı arasındakı 3,54 mil uzunluğundadır.
Aut.az
