Formula 1

“Uilyams” yeni avtomobili bu tarixdə təqdim edəcək: Həyəcanverici olacaq

Britaniyanın Formula 1 komandası “Uilyams” avtomobilin təqdimat tarixini açıqlayıb.

Aut.az xəbər verir ki, komandanın mətbuat xidmətindən verilən məlumata görə, avtomobil fevralın 14-də Silverstoun trekində nümayiş etdiriləcək.

“2025-ci ildə çox şey gözləyirik. Aleks və Karlosun simasında dantastik pilotlarımız, dünyanın hər yerindən bizə qoşulan ən yaxşı mühəndislərimiz və Qrove qərargahımızda yeni obyektlərimiz var. Artıq bir müddətdir ki, 2025 avtomobili üzərində işləyirik və mən onu 14 fevralda Silverstounda görməyə səbirsizlənirəm. Hər kəs komandanı aid olduğu yerə qaytarmaq üçün əlindən gələni edir. Bu, həyəcanverici bir il olacaq”, – “Uilyams”ın rəhbəri Ceyms Voulz deyib.

Aut.az