Formula 1

Ferstappen Rasselin iddiasına cavab verdi: Gələn dəfə salfet gətirəcəm

“Red Bull” komandasının sürücüsü Maks Ferstappen “Mercedes” pilotu Corc Rasselin onun haqda söylədiyi fikirlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, Rossel daha əvvəl bildirmişdi ki, niderlandlı onun başını divara çırpmaqla hədələyib.

“Baş verənlərlə bağlı fikrimi bildirməyə icazəm var, elə deyilmi? O, hər şey deyə bilər. Yəqin ki, gələn dəfə ona salfet gətirəcəm. Haqqımda həmişə eyni sözləri deyirlər. Amma mən öz fikrimi bildirdim. Vəssalam. Həyat davam edir”, – Formula1 Ferstappenin sözlərini sitat gətirib.

Xatırladaq ki, Ferstappen və Rassel arasında insident Qətər Qran Prisi zamanı baş verib. Stüardlar vəziyyəti nəzərdən keçirdikdən sonra Maks cəzalanıb. Ona qəsdən yavaş sürdüyünə və Rasselə maneə törətdiyinə görə cərimə xalı alıb.

Aut.az