Formula 1

Formula 1-də xal sistemi dəyişir: DETALLAR

Formula 1 bu həftə yeni xal sistemini müzakirə etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, yeni sistemə görə, yarışı ilk 10 yox, 12 sırada bitirmiş pilotlara xal veriləcək.

Əgər indi onuncu pilot yarışın nəticələrinə əsasən 1 xal alırsa, yeni qaydadan sonra onuncu pilot 3, 11-ci pilot 2, 12-ci pilot isə 1 xal qazanacaq.

Bütün hesablama belə olacaq: 25, 18, 15, 12, 10, 8, 6, 5, 4, 3, 2, 1.

Bu, autsayder komandaların çempionatın ən yaxşı 5 komandası ilə digər rəqiblər arasındakı fərqi nəzərə alaraq, ən azı minimum xallar uğrunda mübarizə apara bilmələri üçün ediləcək.

Sistem 2025-ci il çempionatından etibarən tətbiq oluna bilər.

Aut.az