Psixoloji təzyiqlə belə mübarizə aparır
“Ferrari” komandasının pilotu Şarl Lekler psixoloji təzyiqlə necə mübarizə apardığından danışıb.
Aut.az xəbər verir ki, “RaceFans” Leklerdən sitat gətirib:
“Ətrafda çoxlu neqativlik olanda, onu görmək xoşagəlməz olur. Səs-küyü mümkün qədər boğmağa çalışırsan. Vəziyyəti aydın görmək üçün telefonuma baxmamağa və vacib olanlara diqqət yetirməyə çalışıram.
Atmacalar daim atılır, bu idman növündə iki gün ərzində qəhrəmandan məğluba çevrilirsən və bu, təsir göstərə bilər. Ona görə də mənim işim səs-küyü boğmaq, heç nəyə diqqət yetirməmək və heç nəyə qulaq asmamaqdır”.
Aut.az
