Formula 1

Doğrudur? – Şumaxer qızının toyunda iştirak edə bilər

Alman pilot Mixael Şumaxer qızı Gina Marianın toy mərasimində iştirak edə bilər.

Aut.az xəbər verir ki, Gina-Maria Şumaxer gələn ilin yayında sevgilisi Yan Betke ilə evlənməlidir.

Bildirilir ki, toy mərasimi Şumaxer ailəsinin malikanəsinin yerləşdiyi Mayorkada (İspaniya) planlaşdırılıb. Tədbirin orada keçirilməsi əfsanəvi yarışçının orada olma ehtimalının yüksək olması deməkdir.

Mixael Şumaxer 2013-cü ildə xizək sürərkən başından zədə alıb və o vaxtdan vəziyyəti ağırdır. Almanın ailəsi onun vəziyyəti ilə bağlı məlumatları gizlədir.

Aut.az