Messinin Antonellinin maşınında oturması düşərli oldu – VİDEO
“Qızıl top” mükafatının səkkizqat qalibi Lionel Messi Mayami Qran Prisindən əvvəl ailəsi ilə birlikdə “Mercedes”in pit-stoplarına baş çəkib.
Aut.az xəbər verir ki, yarış başlamazdan əvvəl argentinalı futbolçu “Mercedes” pilotu Kimi Antonellinin maşınında oturub.
Mayami Qran Prisini qazanan məhz italiyalı olub və Messi şəxsən 19 yaşlı pilotu təbrik edib.
Xatırladaq ki, 38 yaşlı Messi MLS-in “İnter Mayami” klubunda oynayır.
Aut.az
