Dünya futbolu

Futbolçu isinmə hərəkətləri edərkən öldü

Cənubi Afrika futbolunda faciə yaşanıb.

Aut.az xəbər verir ki, “Durban Siti”nin mərkəz müdafiəçisi Sinamandla Zondi “Milford”la matçın gedişində isinmə hərəkətləri edən zaman huşunu itirib. 22 yaşlı futbolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Durban Siti” rəsmiləri hakimlərə Zondinin ölümü ilə bağlı məlumat verdikdən sonra görüş dayandırılıb.

Zondi peşəkar futbolda debütünü 2021-ci ilin sentyabrında edib. Bu mövsüm onun komandası yüksək liqaya yüksəlmək üçün mübarizə aparırdı.

Aut.az