Azərbaycan futbolu

AFFA rəsmiləri UEFA-nın tədbirində

AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıblar.

Aut.az xəbər verir ki, “UEFA VAR simpoziumu” adlı tədbirdə bir neçə mövzu müzakirə olunur.

Bunlar VAR-ın kommunikasiya sisteminin gələcəyi; gələcəkdə VAR-ın iş prinsiplərində dəyişikliklər; ilkin yaradılma məqsədi; əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri; oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdır.

“UEFA VAR simpoziumu” tədbirinə sabah yekun vurulacaq.