Flik “Barselona” rəhbərliyi ilə razılığa gəldi: Mövsümün sonunda…
“Barselona” klubu baş məşqçisi Hans-Diter Fliklə müqavilənin müddətini daha bir mövsüm uzatmağa razılığa gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Bildirilir ki, hər iki tərəf son danışıqlar zamanı tərəfdaşlıqlarını davam etdirmək şərtlərini razılaşdırıblar. Lakin həlledici mərhələdə diqqəti yayındırmamaq üçün sözləşmənin uzadılması yalnız mövsümün sonunda elan olunacaq və bundan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Flikin “Barselona”sı La Liqada liderdir, İspaniya Kubokunda finala yüksəlib və həm də Çempionlar Liqasında isə yarımfinalçılardan biridir.
Aut.az
