Tarixdə ilk: Türk hakim bu çempionata təyinat aldı
Yunanıstan Superliqasının oyununu tarixdə ilk dəfə türkiyəli hakim idarə edəcək.
Aut.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, FİFA referisi Halil Umut Meler aprelin 27-də keçiriləcək Superliqanın final mərhələsinin AEK – “Olimpiakos” matçınının baş hakimi olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Yunanıstan Superliqasına əcnəbi hakimlər, o cümlədən azərbaycanlı FİFA referisi Əliyar Ağayev tez-tez təyinat alır.
