Arzuya bax ey: Heç olmasa 1 il cəzalandırsaydılar…
“Betis”in vitse-prezidenti əmindir ki, Neqreyra qalmaqalına görə “Barsa” Avropa yarışlarından uzaqlaşdırılmalıdır.
Aut.az xəbər verir ki, Xose Migel Lopes bu haqda “Canal Sur”un efirində danışıb:
“Biz çox narahatıq. Bu 17-18 ildə baş verənlər çox ciddidir.
UEFA araşdırmaya başlayıb və ümid edirik ki, iyunda onlar müəyyən nəticələr çıxara biləcəklər. Onların “Barsa”nı ən azı bir il avrokuboklardan kənarlaşdıracağını arzulayırıq.
Biz qəzəbliyik. Heç bir şeyin unudulmaması vacibdir. UEFA-nın mexanizmləri var və mən bu qərarı səbirsizliklə gözləyirəm. Çünki bu, İspaniya futbolu tarixində ən böyük qalmaqaldır.
İndi sadəcə nəticənin necə olacağını gözləmək qalır və vəziyyəti çox diqqətlə izləyirik”.
Aut.az
