Onun maaşını yenə artırdılar: Vaxt vardı…
La Liqa prezidenti Xavier Tebasın maaşı artırılıb.
Aut.az xəbər verir ki, qərar klublar arasında aparılan səs verməylə qəbul edilib, 42 La Liqa və Sequnda klubundan 40-ı bunun lehinə olub. Madrid “Real”ı Tebasın maaş artımının əleyhinə səs verib. İkinci klubun adı isə məlum deyil.
Tebas ildə 5,47 milyon avroya qədər maaş ala biləcək. Bundan əvvəl onun məvacibi 3,36 milyon avro idi.
Funksioner 2013-cü ildə La Liqanın prezidenti seçilən zaman sələfi Anxel Mariya Vilyarı maaşının çox yüksək olduğuna görə tənqid edib və maaşını ildə 348 min avroya endirib. Lakin qısa müddətdən sonra Tebas öz maaşını artırmağa başlayıb.
