İspaniya

İspaniyada daha bir iyrənclik: Bu dəfə qapıçını hədəf aldılar

Həftə sonu İspaniya futbolunun üçüncü divizionunda növbəti irqçilik qalmaqalı yaşanıb.

Aut.az xəbər verir ki, “Sestao River” – “Rayo Majadahonda” matçında meydan sahiblərinin azarkeşləri təxribata cavab verən və matçın hakimi tərəfindən meydandan qovulan qonaqların qapıçısı Çeyk Sarrı dərisinin rənginə görə təhqir etməyə başlayıblar.

Lakin Sarrın komanda yoldaşları da oynamaqdan imtina edərək meydanı tərk etdiyi üçün oyunu erkən bitirmək lazım gəlib.

“50 və ya 60-cı dəqiqədə onların mənə qəribə şeylər qışqırmağa və meymun səsləri çıxarmağa başladığını eşitdim. Çox idilər… Dinləməməyə və dönməməyə, fikir verməməyə çalışırdım. Ta ki, ikinci qolu vurana qədər. Mən su götürməyə gedəndə qışqırıb təhqir etdilər. Bundan sonra dözə bilmədim”, – Sarr bildirib.

Daha əvvəl “Real”ın hücumçusu Vinisius Junior bildirib ki, ötən həftə sonu İspaniya futbolunda “üç iyrənc irqçilik hadisəsi” qeydə alınıb.

Aut.az