Basketbol

İkiqat çempion karyerası ilə bağlı qərar verdi

İkiqat NBA çempionu Recon Rondo peşəkar karyerasını bitirmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə oyunçunun özü bildirib. Reconun sözlərinə görə, bundan sonra uşaqları ilə daha çox vaxt keçirmək istəyir.

Rondo NBA-da “Boston Seltiks”, “Dallas Mevriks”, “Sakramento Kinqs”, “Çikaqo Bulls”, “Nyu Orleans Pelikans”, “Los Anceles Leykers”, “Atlanta Hauks”, “Los Anceles Klippers” və “Klivlend Kavalyers” kimi komandaların heyətində çıxış edib.

Ümumilikdə, o, 957 müntəzəm NBA oyununda iştirak edib. Orta hesabla 9,8 xal, 4,5 ribaund və 7,9 asistlə çıxış edib. Rondonun hazırda 38 yaşı var.

Aut.az