Azərbaycan millilərinin rəqibləri bilindi
Azərbaycanın 3×3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri məyyənləşib.
Aut.az xəbər verir ki, kişilərdən ibarət komanda İrlandiya, Kosovo, Kipr, Albaniya və Malta, qadınlar isə İrlandiya, Kosovo, Kipr, Malta kollektivləri ilə üz-üzə gələcək.
Qarşılaşmalar iyunun 7-8-də Kosovonun paytaxtı Priştinada gerçəkləşəcək.
Qeyd edək ki, həm kişi, həm də qadın kateqoriyasında yalnız təsnifat mərhələsinin qalibi Avropa Kubokunun 2025-ci ildə baş tutacaq əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.
