Tennis

Nüfuzlu turnirdə insident: Arena qaranlığa qərq oldu – FOTO

Monpelyedə (Fransa) ATP-250 turnirinin ikinci turu çərçivəsində dünyanın 34-cü raketka ustası italiyalı Flavio Kobolli ilə niderlandlı Jesper de Yonq arasında keçirilən görüşdə xoşagəlməz hadisə baş verib.

Aut.az xəbər verir ki, naməlum səbəblərdən arenada işıqlar tamamilə sönüb.

Tennisçilər qısa müddət gözləməli olublar, bundan sonra elektrik enerjisinin verilişi bərpa edilib.

Monpelyedəki turnir qapalı şəraitdə sərt meydançada keçirilir. Cari turnirin uduş fondu 596 035 avrodur.

Aut.az

Nüfuzlu turnirdə insident: Arena qaranlığa qərq oldu - FOTO

Nüfuzlu turnirdə insident: Arena qaranlığa qərq oldu - FOTO