Tennis

ABŞ tennisçisi avstraliyalıları belə ələ saldı – VİDEO

Amerikalı tennisçi Danielle Kollins Avstraliya Açıq çempionatında ikinci tur matçından sonra fanatlar tərəfindən fitə basılıb.

Aut.az xəbər verir ki, Kollinz yerli idmançı Destani Ayava ilə qarşılaşıb. Azarkeşlər bütün oyun boyu qızğınlıqla öz tennisçini dəstəkləyib.

Kollinz matçda qalib gələndə amerikalını fit basıblar.

Bundan sonra tennisçi azarkeşlərə reaksiya verib və onları məsxərəyə qoyan jestlər edib.

Əvvəlcə o, əlini qulağına apararaq “eşitmirəm” jestini edib. Sonra hamıya istehzalı öpüşlər göndərib və raketkanı döyəcləyib.

Aut.az