Tennis

Şok iddia: Əfsanəvi tennisçini bu ölkədə görün nə ilə zəhərləyiblər

Avstraliya hakimiyyətinə COVID-19-a qarşı peyvənd oluna bilməməsi ilə bağlı şübhəli arayış təqdim etmək cəhdinə görə Australian Open-2022-ni buraxan əfsanəvi serb tennisçi Novak Cokoviç (o vaxtlar ölkəyə giriş peyvənd olunmayanlar üçün bağlanmışdı) şok iddia ilə çıxış edib.

Aut.az xəbər verir ki, “GQ Sports”a müsahibəsində dCokoviiç deyib ki, deportasiyanı gözləyərkən Melburn otelində zəhərlənib.

“Səhhətimdə problemlər var idi. Sonda anladım ki, Melburn otelində mənə zəhərli yemək veriblər. Mən bu barədə əvvəllər heç vaxt açıq danışmamışam, amma test nəticələri göstərdi ki, məndə çox yüksək səviyyədə ağır metallar var: qurğuşun və civə. Bundan əvvəl mən sadəcə xəstə olduğumu düşünürdüm, lakin sağalmağımın uzun çəkdiyini görüb, həkim briqadasını evə çağırdım. Sonra mənə toksikoloji testlərin nəticələrini verdilər”, – Cokoviç bildirib.

Aut.az