Tennis

Dopinqə görə 13 ay cəza alan Kamil qayıtdı və…

Polşalı tennisçi Kamil Mayhjak dopinqə görə 13 aylıq diskvalifikasiyadan qayıdıb və qatıldığı ilk turnirin qalibi olub.

Aut.az xəbər verir ki, Monastirdə keçirilən turnirin finalında 27 yaşlı polşalı Ryuki Matsudaya qalib gəlib (6:1, 6:1). Bu yarışdan sonra Kamil kvalifikasiyalardan bazaya yüksəlib və ona “wild card” verildi.

Qeyd edək ki, 2022-ci ildə Kamilin orqanizmində qadağan olunmuş üç maddənin izləri aşkarlanıb, onun diskvalifikasiyası 2023-cü il dekabrın 29-da başa çatıb.

Kamilin ATP reytinqində ən yüksək mövqeyi 75-cidir.

Aut.az