Münhendəki həyatından razıdır?
“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn Almaniya həyatındakı duyğularını bölüşüb.
“Mən Bundesliqada həyatdan həzz alıram. Bütün klub, komanda və heyət məni qəbul etdi və yerləşməmə dəstək oldu. Dünyanın ən böyük klublarından biri olan “Bavariya”nın bir hissəsi olduğum üçün çox xoşbəxtəm.
Mən həmişə demişəm ki, karyeramda hərəkət etmək və özümü ən yüksək səviyyədə ifadə etmək istəyirəm. Bu klubda qalib mentalitet var – mən burada olmaqdan çox məmnunam”, – “Bayern & Germany” Keyndən sitat gətirib.
Xatırladaq ki, Keyn “Bavariya”ya 2023-cü ilin avqustunda keçib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Hazırda futbolçunun transfer dəyəri 110 milyon avro olaraq qiymətləndirilir.
Aut.az
