Təsdiqləndi: “Bavariya”nın baş məşqçisi o olacaq – Qvardiola tövsiyə edib
“Bavariya”nın müşahidə şurasının üzvü Karl-Haynts Rummenigge Vinsent Kompaninin Münhen komandasının yeni baş məşqçisi olacağını təsdiqləyib.
Aut.az xəbər verir ki, Rummeniggenin sözlərinə görə, belçikalının namizədliyi Xosep Qvardiola ilə müzakirə olunub.
“Bizim direktor Vinsent Kompanini yeni baş məşqçi təyin etmək qərarına gəlib. Biz son təfərrüatları yekunlaşdırırıq və sonra rəsmi olacaq.
Pep Qvardiola da mənə və Kompaniyə kömək etdi, o, istedadlı məşqçi kimi Vinsent haqqında çox yüksək danışdı. Pep Vinsenti yaxşı tanıyır və biz onun fikrini həqiqətən qiymətləndiririk”, – Rummenigge “Sky”a müsahibəsində deyib.
38 yaşlı Kompani 2022-ci ilin yayından “Bernli”nin baş məşqçisidir.
Aut.az
