Tennis

Sabiq bir nömrə Olimpiadada mübarizəni dayandırdı, karyerasını bitirdi

Dünyanın sabiq bir nömrəsi və üç Böyük Dəbilqə turnirinin qalibi Anjelik Kerber (Almaniya, WTA 212) Parisdə 2024-cü il Olimpiya Oyunlarında çıxışını başa vurub.

Aut.az xəbər verir ki, 1/4 finalda 36 yaşlı məşhur alman WTA reytinqində 7-ci pillədə qərarlaşan çinli Zhenq Qingvenə uduzub. Görüş üç setdə 3 saat 7 dəqiqəyə başa çatıb.

Kerber Olimpiada başlamazdan əvvəl demişdi ki, bu, onun karyerasında sonuncu turniri olacaq. Angelik üçün bu, üçüncü Olimpiya Oyunları idi. O, London-2012-də də 1/4 final mərhələsinə yüksəlib, Rio-2016-da isə gümüş medal qazanmağı bacarıb.

Aut.az