Cokoviç Olimpiadaların tarixinə düşdü: Bunu ondan başqa 2 nəfər bacarıb
Serbiyalı tennisçi Novak Cokoviç Parisdə keçirilən Olimpiya turnirində finala yüksəlib.
Aut.az xəbər verir ki, o, yarımfinalda İtaliya təmsilçisi Lorenso Musettini məğlub edib. Görüş 6:4, 6:2 hesabı ilə başa çatıb.
Oyun zamanı onun 37 yaş 74 günlük olub. Beləliklə, Cokoviç tarixdə yaşı 30-dan yuxarı olan Oyunların finalına çıxan üçüncü tennisçi olub.
Rocer Federer və Serena Uilyams buna əvvəllər 2012-ci ildə keçirilən London Olimpiadasında nail olmuşdular.
Qeyd edək ki, Olimpiya Oyunlarının qızıl medalı uğrunda görüşdə Novakın rəqibi ispan Karlos Alkaras olacaq.
Aut.az
