Əfsanə məşhur şirkətin səfiri oldu
ATP reytinqində yeddinci yeri tutan və 24 Böyük Dəbilqə çempionu olan serb tennisçi Novak Cokoviç “Qatar Airways”in səfiri və sağlamlıq məsləhətçisi olub.
Aut.az xəbər verir ki, bu barədə əfsanəvi idmançının özü məlumat verib. Cokoviç qeyd edib ki, “Qatar Airways” ilə əməkdaşlıq onun üçün şərəf və sevincdir. O, yüksək xidmət səviyyəsinə və müştərilərin rifahına göstərdiyi diqqətə görə şirkəti çoxdan heyran etdiyini vurğulayıb:
“İnanıram ki, biz birlikdə bütün dünyada müştəri xidmətinin dəyərini və keyfiyyətini artıra bilərik”.
Aut.az
