Əfsanənin rekordunu qırdı
Dünya reytinqinin ikincisi, polşalı tennisçi İqa Şventek Madrid şəhərində keçirilən WTA 1000 turnirində qələbə faizinə görə əfsanəvi amerikalı Serena Uilyamsı geridə qoyub.
Aut.az xəbər verir ki, bu barədə “Opta Ace” statistik portalı məlumat yayıb.
Bir gün əvvəl çətin keçən ikinci tur matçında 19 yaşlı filippinli Alexandra Ealanı (72) 2 saat 16 dəqiqəyə 4:6, 6:4, 6:2 hesabı ilə məğlub edən Şventek rekord qırıb.
Bu uğurdan sonra Şventekin Madriddə qələbə faizi 87,5 olob. Karyerasını bitirən Uilyamsda isə bu göstərici 87% idi.
Qeyd edək ki, statistik məlumatlar karyerası ərzində İspaniyanın paytaxtında keçirilən yarışda 10-dan çox görüş keçirmiş tennisçilər üçün aparılır.
Aut.az
