Tennis

Hakimdən banan istəyən rəqibinə belə reaksiya verdi – VİDEO

Fransalı tennisçi Qael Monfils Rotterdamda keçirilən “ATP 500” turnirinin birinci mərhələsində kanadalı Denis Şapovalovu məğlub edərək ikinci mərhələyə yüksəlib.

Aut.az xəbər verir ki, görüş zamanı maraqlı bir epizod baş verib. Şapovalov hakimdən daha çox banan istəyib. Bu zaman Monfils kanadalı həmkarına özünə məxsus banan verib.

Qeyd edək ki, Monfils Rotterdamda ardıcıl 11-ci qələbəsini qazanıb. O, 2019 və 2020-ci illərdə yarışın qalibi olub.