Cokoviç karyerasını başa vurmaq istədiyi tarixi rəsmən açıqladı
Böyük Dəbilqə turnirlərində 24 titul qazanan Novak Cokoviç karyerası barədə mühüm açıqlama verib.
Aut.az xəbər verir ki, o, 2028-ci il Olimpiadasına qədər karyerasını davam etdirə və Los-Anceles Oyunlarından sonra çıxışlarını başa vura biləcəyini istisna etməyib:
“Mən bütün həyatım və karyeram boyunca illər öncədən plan qurmuşam, nə istədiyimi və buna necə nail olacağımı düşünmüşəm. Qarşıma mümkün olan bütün məqsədləri qoymuşam. 2028-ci il Olimpiadası barədə danışırdım, çünki daha uzun müddət oynamaq və bəlkə də karyeramı Olimpiya Oyunlarında, əlimdə Serbiya bayrağı ilə başa vurmaq istəyirdim. Bu, çox gözəl olardı.
Ora qədər davam gətirə biləcəyəmmi, açığı, bilmirəm. Çünki mənim nəzarətimdən kənar amillər var. Amma həm fiziki, həm də psixoloji baxımdan mümkün qədər sağlam qalmağa çalışıram”.
Aut.az
