Tennis

Avstraliya, biz yeni başlayırıq – Bir nömrədən qələbə şərhi

Dördqat Böyük Dəbilqə çempionu və WTA reytinqinin lideri, belaruslu tennisçi Arina Sobolenko Avstraliyanın Brisben şəhərində keçirilən WTA-500 turnirində qalib gəldikdən sonra sosial mediada paylaşım edib.

Aut.az xəbər verir ki, o, finalda Marta Kostyuku 6-4, 6-3 hesabları ilə məğlub edib. Sobolenko sosial mediada yazıb: “Bütün sevgilərə görə təşəkkür edirəm, Brisbenə geri qayıtmaq çox xoşdur. Marmelad ayılar və Paula Badosa ilə qoşa oyunlar bu turniri daha da gözəlləşdirdi. Avstraliya, biz yeni başlayırıq”.

Sobolenko Brisbendə ardıcıl ikinci turnirində qalib gələrək 2025-ci ildə qazandığı titulunu uğurla müdafiə edib. Arina təklərin yarışında 22-ci WTA titulunu qazanıb.

Aut.az