Tennis

Əfsanə 44 yaşında korta qayıdır

Yeddiqat Böyük Dəbilqə çempionu Vinus Uilyams İndian Uellsdə keçiriləcək WTA 1000 turnirində mübarizə aparacaq.

Aut.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

44 yaşlı amerikalı təşkilatçılardan “wild card” alıb. Ümumi mükafat fondu təxminən 9 milyon dollar olan “BNP Paribas Open” martın 5-dən 16-dək keçiriləcək.

Uilyams üç dəfə (1998, 2001, 2018) yarımfinalına yüksəldiyi turnirdə 10-cu dəfə çıxış edəcək. Dünya sabiq bir nömrəsi sonuncu dəfə ötən ilin martında Mayamidə keçirilən turnirdə korta çıxıb.

Aut.az