Etiraf etdi: Ona iki dəfə mesaj yazıb
“Böyük Dəbilqə”nin ikiqat çempionu, dünyanın bir nömrəli ispan tennisçi Karlos Alkaras etiraf edib ki, “Böyük Dəbilqə”nin 22 qat çempionu və həmyerlisi Rafael Nadal “Uimbldon 2023” finalından öncə ona mesaj göndərib.
Xatırladaq ki, “Uimbldon”da debüt finalında Alkaras turnirin yeddiqat çempionu serb Novak Cokoviçə qalib gəlmişdi. Görüş 1:6, 7:6 (8:6), 6:1, 3:6, 6:4 hesabı ilə Karlosun xeyrinə başa çatıb.
“Mənə mesaj göndərmişdi. Özü də iki dəfə. Əvvəlcə mənə yazdı ki, finala qədər uğurlar arzulayıram. Ona minnətdaram. Onun kimi bir insanın, mənim kumirim olan bir şəxn həyatın ən vacib anında sənə güc və uğurlar arzulayır – bu heyrətamizdir. Finaldan sonra mənə yazdı: “Qələbəni təbrik edirəm. Həzz al, çünki bu anlar sehrli və bənzərsizdir”, – “Marca” Alkasardan sitat gətirib.
Aut.az
