Tennis

7 illik seriyası qırıldı

Dünya reytinqində dördüncü pillədə qərarlaşan rusiyalı tennisçi Daniil Medvedev 2017-ci ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub.

Aut.az xəbər verir ki, noyabrın 14-də Medvedev “ATP Final Tournament 2024”-ün yarımfinalına yüksələ bilməyib. O, dünyanın bir nömrəsi italiyalı Jannik Sinnerə 3:6, 4:6 hesabı ilə uduzub.

Nəticədə Sinner qrup qarşıdurmasının nəticələrinə əsasən birinci yerdən, amerikalı Taylor Fritz isə ikinci yerdən növbəti mərhələyə yüksəlib.

Medvedev son kubokunu 2023-cü ildə Romada keçirilən “Masters” turnirində qazanıb.

QEud edək ki, final turnirinin hazırkı çempionu serb tennisçi Novak Cokoviçdir. O, zədə səbəbindən cari yarışda iştirak edə bilməyib.

Aut.az