Tennis

Nüfuzlu turnirin mükafat fondu açıqlandı: Qaliblər milyonlar qazanacaq

Australian Open tennis turniri 2026-cı il üçün rekord mükafat məbləğləri açıqlanıb.

Aut.az xəbər verir ki, turnirin ümumi mükafat fondu 74,9 milyon dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 16 faiz artım deməkdir. Qaliblər 2,7 milyon dollar qazanacaq (artım 19 faiz). Hətta Avstraliya “Böyük Dəbilqə”sinin birinci raundunda məğlub olan tennisçilər belə 100 min dollar əldə edəcəklər.

Australian Open 12 yanvar–1 fevral tarixlərində keçiriləcək. Hazırkı çempionlar təkçə yarışlarında amerikalı Medison Kiz və italiyalı Yannik Sinnerdir.

Aut.az