Azərbaycan futbolu

Zədəli Emin Mahmudovun durumu müəyyənləşdi

Millətlər Liqasındakı son 2 oyununa hazırlaşan Azərbaycan millisinin düşərgəsini zədə səbəbilə yarımçıq tərk edən Emin Mahmudovun durumu müəyyənləşib.

Aut.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi yığmanın məşqində ayaq əzələsini dartıb. Bərpa olunmaq üçün ona 7-10 günlük istirahət lazım olduğundan həkimlərin qərarı ilə evə buraxılıb.

Bu səbəbdən baş məşqçi Fernandu Santuş Eminin əvəzinə yığmaya “Zirə”dən İsmayıl İbrahimlini dəvət edib.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.

Aut.az