Şahin Diniyev: “Belə oynasaq, nəticə olacaq”
Azərbaycan Premyer Liqasının X turunun “Səbail” – “Neftçi” oyunundan (2:4) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.
Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Düşünürəm ki, maraqlı oyun izlədik. Oyunda iki komandadan biri qalib gəlməli idi. Standart vəziyyətdən buraxdığımız qol lazımsız idi. Fasildən sonra yaxşı çıxış etdik. Başa-baş, bəlkə də, üstün oyun sərgilədik. “Neftçi”ni təbrik edirəm. Belə oynasaq, nəticə olacaq. Bu futboldur hər nəticə olur, düşnürəm ki, gələn oyunlarda qələbələr yaxın olacaq.
– İlk dəqiqələrdən “Səbail” önə keçdi. Son dəqiqələrdə isə bərabərlik qolundan sonra müdafiə oyandız…
– Deməzdim. 3-cü qolu da vurmaq istəyirdik. Hücumlarımız olurdu. Biz tam qələbə üçün çıxmışdıq, heç-heçə haqda düşünmürdük. Hər oyunda bu belədir. 10 oyunun hər birində qol vurmuşuq, düz yoldayıq. Hesab 3:3 də ola bilərdi
– Erkən qol rəqib komadanın planlarını pozur, amma belə göründü ki, sizin planlarınız pozuldu.
– Futbolda psixoloji problemlər olur. Belə olur ki, qoldan sonra top buraxmamağa çalışırsan. Bayaq dediyim kimi, müdafiəyə istəmədən oturduq. İkinci qol olsaydı, daha yaxşı olardı. 0:0 1:0-dan daha yaxşıdır. Önə keçəndən sonra bir az çətin olur.
– Cabir Əmirli zədəlidir, Süleyman Əhmədov zədələndi, onun vəziyyəti necədir?
– Həkimlər bu barədə nəsə deməyib. Hər mövqeyə iki eynisəviyyəli oyunçu tapmağa çalışdıq. Bir mövqedə problem var, futbolçu ilə danışıq aparırdıq, ancaq son anda başqa kluba keçdi. Məğlubiyyəti kiminsə üstünə atmayacağıq. Boşluq varsa, mənim günahımdır.
– Keçmiş olsum
– Niyə?
– Məğlub oldunuz…
– Bu futboldur. Hər şey ola bilər. Bu gün yaxşı oyun oyandıq, “Neftçi” zəif komada deyil.
– Fasiləyə az qalmış qol buraxdınız…
– Birinci hissənin sonundakı qol planlarımızı pozdu. Fasilədən sonra tez qol vurmaq istəsək də, alınmadı.
