Azərbaycan futbolu

Mutu razıdır: “Vacib məqamlardan biri o idi ki…”

Azərbaycan Premyer Liqasının X turunun “Səbail” – “Neftçi” oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırdı.

Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Yaxşı oyun və nəticə oldu. Oyunçularımın çıxışından razı qaldım və bu günə görə onlara təşəkkür edirəm.

– Bir çox mütəxəssislər bildirirdi ki, Eminin yoxluğunda hücumda çətinlik çəkəcəksiz. Onun yoxluğunda komandanın hücum potensialını necə dəyərləndirirsiz?
– 4 qol vurduq və çox qol epizodu yaratdıq. Emini çox yaxşı qiymətləndirirəm, bu gün onun yerinə Ozobiç oynadı və pis çıxış etmədi, yaxşı idi.

– Qolların heç birini hücumçular vurmadı. Belə bir deyim var ki, “Neftçi”yə hamı gəlir gedir, amma qolu Rəhman vurur. – Hücumçuların adaptasiya məsələsi necə gedir?
– Rəhmanın çıxışına görə sevinirəm. Olanarenin də oyunu yaxşı idi, sevindirdi. Təhlükəli idi, fiziki durumu daha da yaxşılaşır. Andre də oyuna sonra daxil oldu və məhsuldar ötürmə etdilər. Düşünürəm ki, bu gün işlərini gördülər.

– İkinci qola qədər narazı görünürdüz. Bu, nəticəyə görə idi, ya oyuna?
– Bəlkə də, epizodik narazı görünə bilərəm, amma ümumi vəziyyətdən nazarı deyildim. Ümumi oyuna nəzər yetirsək, “Səbail” iki epizod yaratdı və qol oldu, amma ikinci hissədə bütün mövqeyləri bağlamışdıq, ona görə də “Səbail” qol vura bilmədi. Bu gün vacib məqamlardan biri o idi ki, geridə olsaq da, oyunçular xarakter göstərdi və geridönüş etdi. Oyunçularıma təşəkkür edirəm.

– Oyunda ən yaxşılardan biri Ata Caber idi. Onun fələstinli olmasını nəzərə alsaq oyuna necə kökləyirsiniz?
– Bunun haqda danışmaq istəmirəm.

– Höccət Haqverdinin sağ cinahda oynaması məcburiyyətdən irəli gəlir?
– Səbail əks-hücumlarda güclüdür, ona görə də düşündüm ki, onu sağ cinaha qoyaq və effektini də gördük.