Kurban Berdıyev istefaya gedir: Yunis Hüseynovun təyinatının detalları bəlli oldu
Yunis Hüseynov “Turan Tovuz”da çalışacağı barədə məlumat vermişdik. O, baş məşqçi Kurban Berdiyevin köməkçisi təyin edilib.
Aut.az bu təyinatla bağlı maraqlı məlumat əldə edib. Hüseynovun Berdıyevin məşqçilər korpusuna daxil olmasının səbəbi var. Belə ki, 72 yaşlı rusiyalı mütəxəssis qış fasiləsində postunu tərk etməyə hazırlaşır. O, Azərbaycandakı şəraitdən narazıdır.
“Turan Tovuz”a və ölkə futboluna uyğunlaşmaqda çətinlik çəkən mütəxəssis bezdiyini bildirib.
O, dekabrda baş tutacaq oyunlardan sonra Rusiyaya birdəfəlik qayıdacaq. Bu barədə qərb təmsilçisinin rəhbərliyi ilə söhbət edilib və yekun qərar verilib.
Berdıyevin köməkçisi Cavid Hüseynovun “Səbail”ə baş məşqçi təyin edilməsindən sonra “Turan” rəhbərliyi çox da hesab-kitab etməyib. Vəziyyətdən çıxış yolu kimi Yunis Hüseynov bu posta gətirilib. 59 yaşlı mütəxəssis müvəqqəti olaraq Berdıyevin köməkçisi kimi çalışacaq. Onun gedişindən sonra komanda Hüseynova həvalə edəcək. “Karvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Keşlə” kimi klublara rəhbərlik etmiş Yunis Hüseynov məhz bu səbəbdən rusiyalı məşqçinin köməkçisi olmağa razılıq verib.
Aut.az
